Türkiyədə hərəkət məhdudlaşdırıldı
Türkiyənin Kuşadası-Söke avtomobil yolunun Yaylaköy ərazisində, Kuşadası istiqamətində yolda çökmə baş verib.
TodayPress TV xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Hadisə ilə əlaqədar yolun Kuşadasına gedən hissəsi nəqliyyatın hərəkətinə bağlanıb.
Xəbərdarlıq edildikdən sonra əraziyə polis və Avtomobil Yolları İdarəsinin əməkdaşları cəlb olunub. Yola xəbərdarlıq nişanları qoyulub.
Kuşadasına getmək istəyən sürücülər alternativ olaraq Kirazlı istiqamətinə yönləndirilir.
Töhfə Səməd