Türkiyədə bazarda partlayış oldu
Türkiyənin Antalya vilayətinin Demre şəhərində yerləşən topdansatış bazarında partlayış baş verib.
TodayPress TV xəbər verir ki, bu barədə "Antalya Hakkında" portalı məlumat yayıb.
Məlumata görə, partlayışdan sonra əraziyə çox sayda xilasedici və təcili yardım briqadaları cəlb olunub. Nəticədə xəsarət alanların olduğu bildirilir.
Türkiyə mətbuatının yazdığına görə, partlayışın səbəbi hələlik müəyyən edilməyib. Hadisə ilə bağlı araşdırma aparılır.
Türkan İsgəndərli