Türkiyədə 4,9 bal gücündə zəlzələ oldu
Türkiyənin Balıkesir vilayətinin Sındırqı rayonunda 4,9 bal gücündə zəlzələ qeydə alınıb.
TodayPress TV xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanların episentri 11 kilometr dərinlikdə yerləşib. Zəlzələ İzmir, İstanbul və Bursa kimi ətraf şəhərlərdə də hiss olunub.
Jalə Rövşən