Türkiyə və Misir XİN başçıları Qəzza atəşkəsini müzakirə edəcəklər
Dünya
11.11.2025 15:25
Türkiyə və Misir xarici işlər nazirləri sabah Ankarada Qəzza zolağında atəşkəsin davamı və müharibədən sonrakı bərpa prosesinə dair beynəlxalq səyləri müzakirə edəcəklər.
TodayPress TV "Reuters"ə istinadən xəbər verir ki, Türkiyənin Xarici İşlər naziri Hakan Fidan noyabrın 12-də ABŞ vasitəçiliyi ilə əldə edilmiş atəşkəs razılaşmasının növbəti mərhələləri ilə bağlı danışıqlar aparmaq üçün Misirin xarici işlər naziri Badr Abdelattini qəbul edəcək.
Məlumata görə, Hakan Fidan fələstinlilərin atəşkəs şərtlərinə əməl etdiyini, İsrailin pozuntularına baxmayaraq prosesin müsbət idarə olunduğunu vurğulayacaq. O, həmçinin dünya ölkələrinin Qəzzanın bərpasına dəstək göstərməsinin vacibliyini qeyd edəcək.
Nazirlərin Birgə Planlaşdırma Qrupunun ilk iclasını da keçirmələri gözlənilir.
Jalə Rövşən
tag: Türkiyə XİN ,Misir XİN ,Qəzza ,Atəşkəs ,Todaypress.tv,
