Türkiyə terrorla mübarizədə Nigeriyaya yardım edəcək

Türkiyə terrorla mübarizədə Nigeriyaya yardım edəcək
27.01.2026 21:30 Dünya

Afrika sahillərindəki terror qruplaşmaları bütün qitəyə təhdid yaradır, bu problemlə mübarizədə dost Nigeriyanın yanındayıq.

TodayPress TV xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nigeriya Prezidenti Bola Əhməd Tinibu ilə görüşdən sonrakı birgə mətbuat konfransında bildirib.

"Bu gün hərbi və kəşfiyyat sahələrində əməkdaşlığı dəyərləndirdik", - Ərdoğan vurğulayıb.

Qeyd edək ki, mətbuat konfransından öncə hər iki ölkənin müxtəlif qurumları arasında əməkdaşlıq haqqında razılaşmalar imzlanıb.

TodayPress TV

XƏBƏR LENTİ
20 IYUN 2026
Bütün Xəbərlər