Türk uşaqlarının Epşteyn adasına aparıldığı iddiaları araşdırılır
Dünya
03.02.2026 23:40
Ankara Baş Prokurorluğu yetkinlik yaşına çatmayanların cinsi istismarı və insan alveri üçün şəbəkə yaratmaqda ittiham olunan Ceffri Epşteynin işi üzrə yeni sənədlərlə bağlı araşdırmaya başlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə Ankara Baş Prokurorluğu İyi Partiya Qrupunun sədr müavini Turhan Çömez özünün "X" soial şəbəkəsindəki səhifəsində yazıb.
"ABŞ Ədliyyə Nazirliyi Epşteyn işindən bəzi məlumatları və sənədləri ictimaiyyətə açıqlayıb. Bu sənədlərdə Türkiyədən olan gənc qızların adaya aparıldığı bildirilir. Həmçinin qeyd olunur ki, uşaqlar ingilis dilində danışmadıqları üçün çətinlik çəkiblər. Bir sözlə, bu, insanlığa qarşı dəhşətli bir cinayətdir. İllər əvvəl o vaxtkı Daxili İşlər Naziri cənab Aksuya qlobal uşaq zorakılığı halqaları ilə bağlı bir sənəd vermişdim və bəzi cinayətkarlar həbs olunmuşdular".
Türkiyə mediasının məlumatına görə, prokurorluq bu cinayətdə iştiraka dair real dəlillərin olub-olmadığını və uşaqların həqiqətən Türkiyədən göndərilib-göndərilmədiyini müəyyən etmək üçün milyonlarla səhifəlik dərc olunmuş sənədləri nəzərdən keçirir.
Aysel Mətləb
tag: Türkiyə,Epşteyn,Turhan Çömez,ABŞ ,Todaypress.tv,
