Tuapsedə PUA hücumlarından sonra 250-dən çox obyekt yoxlanıldı
Dünya
04.05.2026 19:15
Tuapsedə pilotsuz aparat hücumlarından zərər görən obyektlərin yoxlanışı davam edir.
TodayPress TV xəbər verir ki, bu barədə Tuapse bələdiyyə dairəsinin rəhbəri Sergey Boyko məlumat verib.
Onun sözlərinə görə, üç komissiya qrupu zərərçəkmiş binaları yoxlayır.
“Artıq 253 obyektə baxış keçirilib”, — deyə Boyko bildirib.
Qeyd olunur ki, Ukrayna pilotsuz aparatları aprel ayı ərzində Tuapse şəhərinə üç dəfə hücum edib.
Məlumata görə, aprelin 20-də dəniz terminalında yanğın baş verib və yanacaq sızması qeydə alınıb. Aprelin 28-də isə neft emalı zavodunda yenidən yanğın olub — buna səbəb vurulan dronların qalıqları olub.
Bildirilib ki, regionda sahil xəttinin neft məhsullarından təmizlənməsi işlərinin iyunun 1-dək başa çatdırılması planlaşdırılır.
Qiymət Mahir
tag: Ukrayna ,Tuapse,Sergey Boyko,PUA,TodayPress TV,
