Tramp zirehli binada qalacaq - Gülləkeçirməz şüşələr və partlayışa davamlı divarlar - VİDEO

Tramp zirehli binada qalacaq - Gülləkeçirməz şüşələr və partlayışa davamlı divarlar - VİDEO
06.07.2026 13:00 Dünya

ABŞ Prezidenti Donald Trampın Ankaraya səfəri çərçivəsində qalacağı oteldə təhlükəsizlik tədbirləri ən yüksək səviyyəyə çatdırılıb.

TodayPress TV xəbər verir ki, NTV-nin məlumatına görə, Trampın yerləşəcəyi otel səfər müddətində tamamilə bağlanacaq.

Bildirilib ki, ABŞ prezidenti 190 kvadratmetrlik prezident nömrəsində qalacaq. Otağın şüşələri gülləkeçirməz, divarları isə partlayışlara davamlıdır.

Məlumata əsasən, otelin təhlükəsizliyi ABŞ Məxfi Xidməti tərəfindən təmin ediləcək.

Nicat Osmanlı

TodayPress TV

XƏBƏR LENTİ
21 AVQUST 2026
Bütün Xəbərlər