Tramp: "Venesuela siyasi məhbusların azad edilməsini sürətləndirir"

Tramp: "Venesuela siyasi məhbusların azad edilməsini sürətləndirir"
27.01.2026 10:18 Dünya

ABŞ Prezidenti Donald Tramp Venesuelanın siyasi məhbusları sürətlə azad etdiyini və bu prosesin yaxın gələcəkdə daha da sürətlənəcəyini açıqlayıb. 

TodayPress TV xəbər verir ki, bu barədə o, özünün "Truth Social" səhifəsində yazıb.

"Venesuelanın siyasi məhbuslarını sürətlə azad etdiyini bildirməkdən məmnunam və bu temp yaxın gələcəkdə daha da sürətlənəcək. Bu güclü humanitar jesti qəbul etdiyinə görə Venesuela rəhbərliyinə təşəkkür etmək istəyirəm", - deyə Tramp bildirib.

Xatırladaq ki, daha əvvəl Venesuela insan haqları təşkilatı son həftələrdə ABŞ-nin təzyiqi altında ölkədə 100-dən çox siyasi məhbusun azadlığa buraxıldığını qeyd edib.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
20 IYUN 2026
Bütün Xəbərlər