Tramp və Putinin Budapeştdə gözlənilən görüşü yeni suallar doğurur

Tramp və Putinin Budapeştdə gözlənilən görüşü yeni suallar doğurur
17.10.2025 15:41 Dünya

ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında Budapeştdə planlaşdırılan görüş Ukraynanın diplomatik səylərini ciddi şəkildə zəiflədib.

TodayPress TV “Blumberq”ə istinadən xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski Trampın “Tomahavk” raketlərinin göndərilməsi və Senatın Rusiyaya qarşı yeni sanksiyaları ilə bağlı qeyri-müəyyən açıqlamalarından dərin narahatlıq keçirir.

Məlumata görə, bu iki məsələ yenidən qeyri-müəyyən müddətə təxirə salına bilər.

Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin Rusiya və Avrasiya məsələləri üzrə baş elmi işçisi Mariya Sneqova bildirib ki, Moskva Vaşinqtonun antirusiya addımlarını ləngitməyi bir daha bacarıb:

“Putin ABŞ-nin ehtiyac duyduğu silahların Ukraynaya çatdırılmasını və Trampın planlaşdırdığı enerji sanksiyalarının icrasını gecikdirərək faktiki olaraq vaxt qazanır”.

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
17 IYUL 2026
Bütün Xəbərlər