Tramp: "Rusiyaya qarşı yeni sanksiyalar neftin qiymətindən asılı olacaq"

Tramp: "Rusiyaya qarşı yeni sanksiyalar neftin qiymətindən asılı olacaq"
17.06.2026 20:40 Dünya

"ABŞ Administrasiyası Rusiyaya qarşı əlavə məhdudiyyətlərin tətbiqi imkanlarını nəzərdən keçirir, lakin yekun qərar qlobal neft bazarındakı vəziyyətdən asılı olacaq".

TodayPress TV xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp G7 sammitində bildirib.

Jurnalistlərin yeni anti-Rusiya sanksiyaları barədə sualını cavablandırarkən amerikalı lider hazırda neft qiymətlərinin sürətlə aşağı düşdüyünü qeyd edib, onun məlumatına görə, bir barelin qiyməti təxminən 74-75 dollar təşkil edir.

"Biz bunu nəzərdən keçiririk. Neftin qiymətinin nə dərəcədə kəskin düşdüyünə baxırıq. Qiymət həqiqətən də sürətlə aşağı enir" , - deyə Tramp əlavə edib.

TodayPress TV

XƏBƏR LENTİ
17 IYUN 2026
Bütün Xəbərlər