Tramp Rusiyaya 10 gün vaxt verdi

Tramp Rusiyaya 10 gün vaxt verdi
29.07.2025 23:00 Dünya

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Rusiya ilə Ukrayna arasında münaqişənin nizamlanması üçün qarşıdakı 10 gün həlledici olacaq.

TodayPress TV xəbər verir ki, o, Vaşinqton administrasiyasının bu müddət ərzində razılıq əldə edilməyəcəyi təqdirdə Rusiyaya qarşı idxal rüsumları və əlavə tədbirlər tətbiq edəcəyini bildirib.

 “10 gün ərzində razılaşma olmazsa, biz tariflər və digər addımlar atacağıq. Bunların Rusiyaya təsir edib-etməyəcəyini deyə bilmərəm. Amma təsir edə bilər”

Trampın sözlərinə görə, Rusiya hələ də müharibəni davam etdirmək niyyətindədir.

Aynur TAC

XƏBƏR LENTİ
07 IYUN 2026
Bütün Xəbərlər