Tramp Nobel Sülh mükafatına namizəd ola bilər

Tramp Nobel Sülh mükafatına namizəd ola bilər
30.04.2026 22:40 Dünya

ABŞ Prezidenti Donald Trampın adının 2026-cı il Nobel Sülh Mükafatı namizədləri siyahısında olduğu ehtimal olunur.

TodayPress TV xəbər verir ki, bu barədə Norveç Nobel Komitəsinin katibi Kristian Berq Harpviken "Reuters"ə bildirib.

Onun sözlərinə görə, siyahıya ümumilikdə 287 namizəd daxil edilib, onlardan 208-i ayrı-ayrı şəxslər, 79-u isə təşkilatlardır.

O qeyd edib ki, ötən illə müqayisədə bu il siyahıda yeni adlar çoxdur.

"Sülh mükafatı indiki kimi bir dövrdə daha da vacib olur. Bu gün çox əhəmiyyətli iş görülür", - o Avropa və Yaxın Şərqdəki münaqişələr fonunda sülh səylərini nəzərdə tutub.

TodayPress TV

XƏBƏR LENTİ
21 IYUN 2026
Bütün Xəbərlər