Tramp müharibədə Rusiyanın üstün olduğunu düşünür

Tramp müharibədə Rusiyanın üstün olduğunu düşünür
15.03.2026 19:15 Dünya

ABŞ Prezidenti Donald Tramp Almaniya kansleri Fridrix Merts ilə görüşdə Rusiyanın Ukrayna müharibəsində üstünlük qazandığını düşündüyünü bildirib.

TodayPress TV xəbər verir ki, bu barədə "Financial Times" qəzeti mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, görüş 3 martda Ağ Evdə baş tutub. Fridrix Merts ABŞ liderini Moskvaya qarşı təzyiqləri artırmağa inandırmaq üçün görüşə xəritə və qrafiklər gətirsə də, Tramp Ukraynadakı vəziyyətin detallı müzakirəsinə maraq göstərməyib.

Qəzet yazır ki, Tramp hələ də Ukraynanın zəiflədiyini, Rusiyanın isə münaqişədə üstün mövqedə olduğunu düşünür.

Qiymət Mahir

XƏBƏR LENTİ
20 IYUN 2026
Bütün Xəbərlər