Tramp Kanada ilə ticarətin çətinləşəcəyini açıqladı

Tramp Kanada ilə ticarətin çətinləşəcəyini açıqladı
31.07.2025 10:51 Dünya

ABŞ Prezidenti Donald Tramp, Kanadanın Fələstin dövlətini rəsmən tanıyacağını açıqlamasından sonra bu ölkə ilə ticarət sazişinə nail olmağın çətinləşəcəyini bildirib. 

TodayPress TV xəbər verir ki, bu barədə O, özünün “Truth Social” hesabında paylaşım edib. 

“Bu, onlarla ticarət sazişinə nail olmağımızı çox çətinləşdirəcək”, - deyə Tramp bildirib. 

Xatırladaq ki, Kanadanın Baş naziri Mark Karni sentyabrda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasında Fələstini “dövlət kimi tanıyacaqlarını” bəyan edib. 

Aysel Mətləb

XƏBƏR LENTİ
17 IYUL 2026
Bütün Xəbərlər