Tramp İsrail və Livana çağırış ETDİ

Tramp İsrail və Livana çağırış ETDİ
18.06.2026 23:54 Dünya

ABŞ Prezidenti Donald Tramp Yaxın Şərq regionunun bütün cəbhələrində tam atəşkəsə çağırıb.

TodayPress TV xəbər verir ki, bu barədə o "Truth Social" sosial şəbəkəsində yazıb.

"ABŞ sülhə sadiqdir və biz Yaxın Şərqdə hər kəsi bizim danışıqlarımızın (İranla - red.) mükəmməl irəliləməsinə imkan yaratmaq üçün bu mövqeyə sadiq qalmağa çağırırıq. Bazarlar baş verənlərdən çox məmnundur: neftin qiyməti əhəmiyyətli dərəcədə ucuzlaşır, səhmlər isə nəzərəçarpacaq dərəcədə bahalaşır. Biz Livan, "Hizbullah" və İsrail də daxil olmaqla, bütün cəbhələrdə tam atəşkəs gözləyirik", - paylaşımda bildirilib.

Qeyd edək ki, iyunun 18-də ABŞ və İran arasında imzalanmış memorandum Vaşinqton və Tehran arasında hərtərəfli razılaşmanın hazırlanması üçün 60 günlük danışıqlar prosesinin başlanmasını nəzərdə tutur. Sənəddə həmçinin tərəflər arasında gərginliyin azaldılması, İranın nüvə proqramının müzakirəsi, sanksiya rejiminin mərhələli şəkildə yumşaldılması və Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsi haqqında əsasnamələr da yer alır.

TodayPress TV

XƏBƏR LENTİ
19 IYUN 2026
Bütün Xəbərlər