Tramp Çinə səfər edəcəyi tarixi açıqladı

Tramp Çinə səfər edəcəyi tarixi açıqladı
12.02.2026 23:46 Dünya

ABŞ Prezidenti Donald Tramp aprel ayında Çinə səfər etmək niyyətini açıqlayıb və əlavə edib ki, daha sonra Çin sədri Si Cinpin ABŞ-yə cavab səfəri edəcək. 

TodayPress TV xəbər verir ki, bu barədə Tramp Ağ Evdə mediaya verdiyi açıqlamada bildirib. 

“Aprel ayında Si Cinpinlə görüşəcəm. Səbirsizliklə gözləyirəm. O, bu ilin sonlarında bizi ziyarətə gələcək”, - deyə o vurğulayıb. 

Tramp həmçinin qeyd edib ki, ABŞ-Çin münasibətləri, eləcə də Çin lideri ilə şəxsi münasibətləri hazırda əla vəziyyətdədir. 

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
21 IYUN 2026
Bütün Xəbərlər