Tramp ABŞ-nin 51–53-cü ştatları barədə zarafat etdi

Tramp ABŞ-nin 51–53-cü ştatları barədə zarafat etdi
02.02.2026 08:30 Dünya

ABŞ Prezidenti Donald Tramp Kanadanın, Qrenlandiyanın və Venesuelanın ABŞ-yə ştat kimi qoşulması ilə bağlı zarafatla açıqlama verib.

TodayPress TV xəbər verir ki, bu barədə "The Washington Post" məlumat yayıb.

Şənbə günü keçirilən şam yeməyi zamanı Tramp bildirib ki, onun Qrenlandiyanı ələ keçirmək planı yoxdur, sadəcə adanı almaq istəyir.

“Qrenlandiyanı 51-ci ştat etmək kimi niyyətim olmayıb. Mən Kanadanı 51-ci ştat etmək istəyirəm. Qrenlandiya 52-ci ştat olar. Venesuela isə 53-cü ştat ola bilər”, – deyə ABŞ Prezidenti zarafatla bildirib.

Qəzet qeyd edir ki, açıqlama açıq-aşkar yumoristik formatda səsləndirilib.

Qiymət Mahir

XƏBƏR LENTİ
21 IYUN 2026
Bütün Xəbərlər