Tramp: "ABŞ hazır olduqda İsrail İrana qarşı əməliyyatlarını dayandıracaq"
ABŞ Prezidenti Donald Tramp İsrailin Amerika hazır olduqda İrana qarşı hərbi əməliyyatlarını dayandıracağına inanır.
TodayPress TV xəbər verir ki, bu barədə o, jurnalistlərə verdiyi açıqlamada bildirib.
"Düşünürəm ki, belədir", - deyə prezident Amerika tərəfi oxşar addım atmağa hazır olduqda İsrailin İrana qarşı hərbi əməliyyatını dayandırıb-dayandırmayacağı ilə bağlı suala cavab verərkən bildirib.
O, əlavə edib ki, “ABŞ və İsrail təxminən eyni şeyi istəyirlər”.
Aysel Mətləb