Tokayev informasiya təhlükəsizliyini prioritet elan etdi
Dünya
05.11.2025 19:00
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkənin daxili siyasətinə dair imzaladığı fərmanda dezinformasiyanın və dağıdıcı ideologiyanın yayılmasına qarşı mübarizəni əsas prioritetlərdən biri kimi müəyyən edib.
TodayPress TV xəbər verir ki, bu barədə məlumat dövlət başçısının rəsmi saytında yerləşdirilib.
Fərmanda dövlət qurumları ilə media arasında qarşılıqlı əlaqə mexanizmlərinin təkmilləşdirilməsi, jurnalist etikası prinsiplərinin təşviqi, informasiya məkanında qanunsuz fəaliyyətlərə qarşı tədbirlərin gücləndirilməsi, eləcə də saxta və yalan məlumatların yayılmasının qarşısının alınması zərurəti qeyd olunub.
Sənəddə, həmçinin maarifləndirici, elmi-populyar və tərbiyəvi məzmunlu materialların inkişafı, yerli media orqanlarının rəqabət qabiliyyətinin artırılması Qazaxıstanın informasiya siyasətinin əsas istiqamətləri kimi göstərilib.
Qiymət Mahir
tag: Fərman,Qazaxıstan , Kasım-Jomart Tokayev,Rusiya,Todaypress.tv,
