Tehran hərəkətə keçdi: Əraqçidən Ankara, Bağdad və Qahirəyə təcili zəng!

Tehran hərəkətə keçdi: Əraqçidən Ankara, Bağdad və Qahirəyə təcili zəng!
15.06.2026 13:04 Dünya

İranın xarici işlər naziri Abbas Əraqçi Türkiyə, İraq və Misirdən olan həmkarları ilə telefon danışığı aparıb.

TodayPress TV xəbər verir ki, danışıqlar zamanı tərəflər İslamabad anlaşmasının gedişatı və müddəalarını müzakirə ediblər.

A.Əraqçi telefon danışıqlarında ABŞ-nin bu razılaşmanın icrasına görə məsuliyyət daşıdığını xatırladaraq, İsrailin Livana qarşı hücumlarının tamamilə dayandırılmasının vacibliyini vurğulayıb.

O, regionda sabitlik və təhlükəsizliyin təmin olunması, gərginliyin azaldılması və atəşkəsin bərqərar edilməsi istiqamətində göstərdikləri diplomatik səylərə, eləcə də tutduqları mövqeyə görə Türkiyə, İraq və Misirə təşəkkür edib.

Nazirlər regional proseslər ətrafında sıx əməkdaşlığın və məsləhətləşmələrin davam etdirilməsinin, habelə sülhün qorunması üçün diplomatik səylərin gücləndirilməsinin zəruriliyini bəyan ediblər.

Jalə Rövşən 


XƏBƏR LENTİ
15 IYUN 2026
Bütün Xəbərlər