TƏCİLİ: Ağ Ev İranla müharibənin bitdiyini elan etdi

Dünya

01.05.2026 22:48

Ağ Ev İranla müharibənin rəsmən başa çatdığı barədə ABŞ Konqresinə bildiriş göndərib.

TodayPress TV xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Trampın Nümayəndələr Palatasının spikeri Mayk Consona göndərdiyi müraciətdə deyilir.

"28 fevral 2026-cı ildə başlayan hərbi əməliyyatlar başa çatdı", - deyə məlumatda qeyd olunub.

Amerika lideri oxşar məktubu vitse-prezident Ceyms Devid Vensin olmadığı müddətdə Senata sədrlik edən Çak Qrasliyə də göndərib. ABŞ Konstitusiyasına görə, vitse-prezident Konqresin yuxarı palatasının rəhbəridir.

Tramp Senat və Nümayəndələr Palatasının rəhbərliyinə 7 apreldə İranla iki həftəlik atəşkəs elan etdiyini xatırladıb:

"Atəşkəs daha sonra uzadılıb. ABŞ və İran qüvvələri 7 aprel 2026-cı ildən bəri bir-birinə atəş açmayıblar".

Aysel Mətləb

tag: Iran,ABŞ,Müharibə,Ağ Ev,TodayPress TV,