Təbii fəlakətlər Fransaya 5 milyard avrodan çox ziyan vurdu
2025-ci ildə Fransada təbii fəlakətlərin vurduğu ziyan 5,2 milyard avro təşkil edib.
TodayPress TV xəbər verir ki, bu barədə Fransa Sığortaçılar Assosiasiyası məlumat yayıb.
Bildirilib ki, təkcə “Nils” və “Pedro” qasırğalarının vurduğu zərər 1,1 milyard avro həcmində qiymətləndirilib.
Qeyd olunur ki, ümumi ziyanın 43 faizi dolu hadisələri ilə bağlıdır. 2025-ci ildə ümumilikdə 105 gün dolu müşahidə olunub.