"Tasnim" : İran ordusu təlimlərə hazırlaşır
İran ordusu ABŞ ilə gərginliyin artması fonunda 2-3 fevral tarixlərində İraqla sərhəddə təlimlər keçirəcək.
TodayPress TV xəbər verir ki, bu barədə “Tasnim” məlumat verib.
"İran İslam Respublikası ordusunun hərbi təlimləri 2-3 fevral tarixlərində Qəsr-e-Şirində keçiriləcək", - deyə bəyanatda bildirilib.
Qeyd olunub ki, yerli sakinlər təlimlərlə əlaqəli partlayış səslərini eşidə bilərlər.
Xatırladaq ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp İrana doğru bir armadanın hərəkət etdiyini və Tehranın yeni danışıqlara razı olacağına ümid etdiyini bildirib.
Aysel Mətləb