Tarixdə ilk: İlon Maskın var-dövləti 1 trilyon dolları ötdü
Amerikalı milyarder İlon Mask əsasını qoyduğu "SpaceX" şirkətinin səhmlərinin ticarətinə başlanılmasından sonra dünyada var-dövləti 1 trilyon dolları ötən ilk insan olub.
TodayPress TV xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, "SpaceX"in səhmləri birjada debüt etdikdən sonra 163 dollara qədər yüksəlib.
Daha əvvəl şirkət, biznesin 1,77 trilyon dollar dəyərində qiymətləndirilməsi fonunda səhmlərin hər birini 135 dollar qiymətinə sataraq tarixdəki ən böyük ilkin kütləvi yerləşdirməni həyata keçirmişdi.