Tailandda parlament seçkiləri keçirilir

Tailandda parlament seçkiləri keçirilir
08.02.2026 13:48 Dünya

Tailandda parlament seçkiləri və referendum keçirilir. 

TodayPress TV xəbər verir ki, bu barədə “Sinxua” məılumat yayıb.

Tailandın Nümayəndələr Palatasına seçkilərlə əlaqədar səsvermə başlayıb. Ölkədə səsvermə hüququna malik 50 milyon seçici var. Seçki nəticəsində 500 deputat seçiləcək. 

Parlament seçkiləri ilə paralel olaraq 2017-ci ildə 2014-cü il dövlət çevrilişindən sonra hərbi idarəçilik dövründə qəbul edilmiş mövcud konstitusiyanın əvəzlənməsi məqsədilə yeni konstitusiyanın hazırlanması məsələsi üzrə referendum da keçirilir.

Türkan İsgəndərli

TodayPress TV 


XƏBƏR LENTİ
20 IYUN 2026
Bütün Xəbərlər