Tacikistanda KTMT-nin təlimləri başlayır
Oktyabrın 14-dən 19-dək Tacikistanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin “Sarsılmaz Qardaşlıq-2025” və “Baryer-2025” adlı birgə hərbi təlimləri keçirilir.
TodayPress TV xəbər verir ki, hazırda iştirakçı ölkələrin bölmələri təlim bölgəsinə toplanır.
KTMT-nin məlumatına görə, “Sarsılmaz Qardaşlıq-2025” sülhməramlı qüvvələrin iştirakı ilə keçirilir. “Baryer-2025” isə kimyəvi, bioloji və radioloji müdafiə, eləcə də tibbi yardım bölmələrinin birgə fəaliyyətini sınaqdan keçirməyi nəzərdə tutur.
Rusiya Müdafiə Nazirliyi açıqlayıb ki, bu təlimlərdə Rusiyanın yerüstü robot sistemləri də istifadə olunacaq.
Türkan İsgəndərli