Suriyada beş təhlükəsizlik işçisi öldürüldü

Suriyada beş təhlükəsizlik işçisi öldürüldü
03.08.2025 15:40 Dünya

Suriyanın keçid hökumətinin təhlükəsizlik qüvvələrinin ən azı 5 üzvü Əs-Suveyda vilayətində silahlı hücum nəticəsində həlak olub.

TodayPress TV xəbər verir ki, bu barədə "Al Jazeera" televiziya kanalı məlumat yayıb.

Məlumata əsasən, Tel Hadid kəndi üzərində nəzarəti ələ alan silahlı dəstələr Suriyanın müvəqqəti hökumətinin təhlükəsizlik qüvvələrinə hücum edib. Beş təhlükəsizlik işçisi hücumun qurbanı olub.

Hadisə ilə bağlı əlavə məlumat verilməyib.

XƏBƏR LENTİ
17 IYUL 2026
Bütün Xəbərlər