Suriya lideri şimal-şərqdə atəşkəs elan etdi
Dünya
18.01.2026 22:16
Suriyanın Prezidenti Əhməd əş-Şaraa Suriyanın şimal-şərqində atəşkəs elan edildiyini açıqlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə "SANA" agentliyi məlumat yayıb.
Şaraa Suriya Demokratik Qüvvələri (SDF) ilə əldə olunmuş razılaşmanın müddəalarının icrasına imkan yaratmaq məqsədilə planlaşdırılan görüşü sabaha təxirə salıb.
O bildirib ki, Suriya dövləti vahiddir və SDF ilə bağlı bütün həllini tapmamış məsələlər nizamlanacaq.
Məlumata görə, Prezident SDF ilə inteqrasiya sazişi imzalayıb. Sənədə əsasən, Suriya dövlət qurumları Həsəkə, Deyr əz-Zor və Rakka bölgələrinə daxil olaraq nəzarəti öz üzərinə götürəcək, həmçinin şimal-şərqdəki sərhəd-keçid məntəqələrinin təhlükəsizliyini təmin edəcək.
tag: Suriya ,Əhməd əş-Şaraa, Şimal-şərq,Atəşkəs ,Todaypress.tv,
