Suriya "İŞİD"ə qarşı mübarizə aparan koalisiyaya qoşula bilər
Dünya
02.11.2025 02:33
Vaşinqton administrasiyası Suriya hakimiyyətinin "İŞİD" terror qruplaşması ilə mübarizə aparan ABŞ-nin rəhbərlik etdiyi beynəlxalq koalisiyaya qoşulmasını elan etməsini gözləyir.
TodayPress TV xəbər verir ki, bunu Bəhreyndə Manama Dialoqu forumunda çıxış edən ABŞ-nin Türkiyədəki səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barak deyib.
Onun sözlərinə görə, Suriya hakimiyyəti müvafiq sənədi "imzalamaq niyyətindədir".
Barak əlavə edib ki, müvəqqəti hökumətin xarici işlər naziri Əsəd əl-Şeybani "bunu sabah elan edə bilər: "Bu, böyük addımdır".
Diplomat forumun kənarında jurnalistlərə Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraanın Vaşinqtona səfərinin gözlənildiyini də bildirib. Onun sözlərinə görə, Əl-Şaraa bu səfər zamanı Suriyanın yuxarıda adı çəkilən koalisiyaya qoşulmasını elan edə bilər.
tag: Vaşinqton, ABŞ, İŞİD, Əsəd, todaypress.tv,
