Sumqayıtda ana və azyaşlı qızını avtomobil vurdu

Sumqayıtda ana və azyaşlı qızını avtomobil vurdu
30.03.2026 23:40 Dünya

Sumqayıt şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

TodayPress TV xəbər verir ki, hadisə şəhərin Nəriman Nərimanov küçəsində qeydə alınıb.

Belə ki, yolu keçmək istəyən 1990-cı il təvəllüdlü Natəvan Sofiyeva və onun 2022-ci il təvəllüdlü qızı M.T-nı avtomobil vurub.

Qəza nəticəsində ana və azyaşlı müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralılar dərhal təcili tibbi yardım briqadasının köməyi ilə xəstəxanaya çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.

TodayPress TV

XƏBƏR LENTİ
21 IYUN 2026
Bütün Xəbərlər