Stubbdan nüvə silahları ilə bağlı xəbərdarlıq
Fevralın 10-da Finlandiya Prezidenti Aleksandr Stubb qlobal nüvə silahları siyasətində dəyişiklik elan edib.
TodayPress TV xəbər verir ki, bu barədə Finlandiyanın “Yle” qəzeti məlumat yayıb.
Prezident bildirib ki, əvvəllər iki nüvə supergücü - ABŞ və Rusiya var idi, indi isə Çin də onlara qoşulub. O qeyd edib ki, əsas sual üç nüvə supergücünün öz nüvə silahlarının istehsalını məhdudlaşdıra bilib-bilməyəcəyidir.
Finlandiya liderinin sözlərinə görə, dünyanın 200 ölkəsindən təxminən dörddə biri nəzəri olaraq öz nüvə silahlarını inkişaf etdirə bilər, lakin Finlandiya nüvə dövləti deyil və olmayacaq.
Aysel Mətləb