Stubb və Pezeşkian Yaxın Şərqdəki vəziyyəti müzakirə etdilər

Stubb və Pezeşkian Yaxın Şərqdəki vəziyyəti müzakirə etdilər
02.04.2026 22:50 Dünya

Finlandiya Prezidenti Aleksandr Stubb iranlı həmkarı Məsud Pezeşkianla telefon danışığından sonra İranla dialoqun davam etdirilməsinin vacibliyini vurğulayıb.

TodayPress TV xəbər verir ki, bu barədə Stubb “X” sosial şəbəkəsində yazıb.

"Bu gün İran Prezidenti Məsud Pezeşkianla danışdım. İran və Yaxın Şərqdəki vəziyyəti müzakirə etdik. Təcili atəşkəs və diplomatik həll yolu lazımdır. Fərqlərimizdən asılı olmayaraq, dialoqu davam etdirmək vacibdir", - deyə lider bildirib.

Finlandiya Prezidenti, həmçinin qonşu ölkələrə hücumların dayandırılmasının və Hörmüz boğazının açılmasının vacibliyini qeyd edib.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
20 IYUN 2026
Bütün Xəbərlər