"Starlink" Tacikistanda fəaliyyətə başladı
"SpaceX" şirkətinin sahibi İlon Mask "Starlink" peyk rabitə sisteminin Tacikistanda istifadəyə verildiyini açıqlayıb.
TodayPress TV xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsində paylaşım edib.
Qeyd edək ki, "Starlink" sistemi ucqar və internet infrastrukturu zəif olan bölgələrdə yüksək sürətli peyk interneti təqdim etmək məqsədi daşıyır.
Türkan İsgəndərli