SON DƏQİQƏ: Ukraynada 40 uşaq olan avtobus hücuma məruz qaldı!
Dünya
03.05.2026 14:23
Rusiya Ukraynanın Dnepropetrovsk vilayətində yanacaqdoldurma məntəqəsi yaxınlığında zərbə endirib.
TodayPress TV xəbər verir ki, bu barədə vilayət hərbi administrasiyasının rəhbəri Oleksandr Hanja məlumat verib.
Məlumata görə, zərbə nəticəsində güclü yanğın baş verib və azı 6 nəfər yaralanıb.
Bildirilir ki, hadisə zamanı yük avtomobili alovlanıb, həmçinin təxminən 40 uşağı daşıyan avtobus zədələnib:
“10 yaşlı oğlan yaralanıb və orta ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib”.
Qeyd olunur ki, zərbə zamanı uşaqlar avtobusu tərk edib və təhlükəsiz yerə təxliyə ediliblər. Onlarla psixoloqlar işləyir.
Məlumata görə, xəstəxanaya çatdırılan yaralılar arasında hamilə qadın da var, bir nəfərin vəziyyəti ağırdır.
Qiymət Mahir
tag: Rusiya ,Ukrayna, Dnepropetrovsk,Hücum,TodayPress TV,
