SON DƏQİQƏ! İran gəmisi Xəzərdə qəzaya uğradı
Mahaçqala ticarət dəniz limanına gedən "Caspian Shiva" adlı toplu yük daşıyan gəmi Xəzər dənizində naməlum mənşəli zədə alıb.
TodayPress TV xəbər verir ki, bu barədə “MTN” məlumat yayıb.
Məlumata görə, gəmi quruya çırpılıb. Nəticədə su mühərrik otağına və dayanacağa aktiv şəkildə daxil olub.
Bildirilib ki, gəmidədə olan 10 heyət üzvündən hələlik xəsarət alan yoxdur.
Xəzər dənizində dalğaların hündürlüyü səbəbindən xilasetmə əməliyyatına başlamaq mümkün olmayıb.
Aysel Mətləb