ŞOK PROQNOZ: Müharibə 104 min insanı işsiz qoyacaq...
Dünya
16.03.2026 15:22
İqtisadçılar Yaxın Şərqdə baş verən münaqişə səbəbindən Böyük Britaniyada təxminən 104 min insanın işini itirmək riski ilə üzləşə biləcəyini bildiriblər.
TodayPress TV xəbər verir ki, bu barədə "The Telegraph" qəzeti məlumat yayıb.
Qəzetin yazdığına görə, hərbi əməliyyatların nəticələri ölkədə işsizliyin artmasına səbəb ola bilər.
Hazırda işsizlik səviyyəsi artıq son beş ilin ən yüksək göstəricisinə — 5,2 faizə çatıb.
ING investisiya bankının iqtisadçısı Ceyms Smit bildirib ki, enerji qiymətləri artmaqda davam edərsə, işəgötürənlər itkiləri kompensasiya etmək üçün işçi sayını azaltmağa məcbur qala bilərlər.
“İşsizlik səviyyəsi enerji qiymətlərinin nə qədər yüksək qalacağından asılıdır. Əgər fasilələr təxminən üç ay davam edərsə, hesab edirəm ki, işsizlik səviyyəsi 5,5 faizi keçəcək”, — deyə o qeyd edib.
Xatırladaq ki, fevralın 28-də Amerika Birləşmiş Ştatları və İsrail İrana qarşı hərbi əməliyyata başlayıblar.
Jalə Rövşən
tag: ABŞ,iran ,Tehran ,Böyük Britaniya,Todaypress.tv,
