Şimali Koreyanın sabiq parlament sədri öldü
Koreya Xalq Demokratik Respublikasının (KXDR) Ali Xalq Məclisi Rəyasət Heyətinin keçmiş sədri Kim Yonq Nam 97 yaşında vəfat edib.
TodayPress TV xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.
Qeyd olunur ki, o, gənc yaşlarından etibarən Koreyanın inkişafı, xalqın azadlığı və rifahı uğrunda fəaliyyət göstərib və uzun illər ərzində dövlət idarəçiliyində mühüm rol oynayıb.
Kim Yonq-nam 1998-2019-cu illərdə Ali Xalq Məclisi Rəyasət Heyətinin sədri vəzifəsində çalışıb və bu müddətdə ölkənin de-fakto dövlət başçısı funksiyasını yerinə yetirib. Ondan əvvəl isə o, Şimali Koreyanın xarici işlər naziri olub.
Türkan İsgəndərli