Şimali Koreya raket istehsalını artırır

Şimali Koreya raket istehsalını artırır
27.12.2025 03:45 Dünya

Şimali Koreya lideri Kim Çen Inn qarşıdakı ildə raket və artilleriya mərmilərinin istehsalının artırılması, eləcə də ordunun tələbatını qarşılamaq üçün yeni zavodların inşa edilməsi barədə vəzifəli şəxslərə tapşırıq verib.

TodayPress TV xəbər verir ki, bu barədə dövlət mediasında məlumat yayılıb.

Kim Çen Inn əsas hərbi-sursat zavodlarına səfəri zamanı ballistik raketlərin və artilleriya mərmilərinin istehsalı ilə tanış olub, həmçinin modernləşmə üzrə ilkin planları təsdiqləyib.

Aynur TAC

TodayPress TV

XƏBƏR LENTİ
20 IYUN 2026
Bütün Xəbərlər