Səudiyyə Ərəbistanı BƏƏ-nin Yəməndəki hərəkətlərini təhdid adlandırdı

Səudiyyə Ərəbistanı BƏƏ-nin Yəməndəki hərəkətlərini təhdid adlandırdı
30.12.2025 13:13 Dünya

Birləşmiş Ərəb Əmirlikləri Yəmənin cənubundakı Keçid Şurası qüvvələrinə verdiyi dəstəyə görə məyus olduğunu və onları milli təhlükəsizliyinə təhdid hesab etdiyini bildirib.

TodayPress TV xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi açıqlama verib.

"Səudiyyə Ərəbistanı qardaş ölkəsi Birləşmiş Ərəb Əmirliklərinin hərəkətlərindən məyusdur. Bu ölkə Yəmənin Cənub Keçid Şurasının qüvvələrinə Səudiyyə Ərəbistanı ilə sərhəddə, Hadramaut və Əl-Mahra əyalətlərində hərbi əməliyyatlar aparmaq üçün təzyiq göstərir ki, bu da ölkənin milli təhlükəsizliyinə təhdiddir", - deyə Sənəddə qeyd olunub.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
20 IYUN 2026
Bütün Xəbərlər