SEPAH və Pezeşkian arasında SAVAŞ BAŞLADI!: İranda siyasi zəlzələ...

Dünya

05.05.2026 10:31

İran Prezidenti Məsud Pezeşkianın BƏƏ-yə zərbələrdən sonra hərbi strukturlardan narazı olduğu bildirilir.

TodayPress TV xəbər verir ki, yayılan məlumatlara görə, Məsud Pezeşkian İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərəkətlərinə sərt reaksiya verib.

Məlumata görə, SEPAH-ın BƏƏ-yə raket və dron zərbələrini hökuməti əvvəlcədən məlumatlandırmadan həyata keçirdiyi iddia olunur.  

Bildirilir ki, Pezeşkian bu addımı “məsuliyyətsiz” adlandıraraq regionda gərginliyin artmasını “dəlilik” kimi qiymətləndirib.  

Eyni zamanda, son günlər İranın BƏƏ ərazisinə raket və dron hücumları ilə bağlı məlumatlar regionda vəziyyəti daha da gərginləşdirib.  

Qeyd olunur ki, bu hadisələr İran daxilində siyasi və hərbi strukturlar arasında fikir ayrılıqlarının artdığına işarə edir.

Qiymət Mahir

tag: ,