SEPAH-dan iddia, ABŞ-dən inkar: Hörmüzdə nə baş verir?
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bildirib ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin heç bir gəmisi zərbə almayıb.
TodayPress TV xəbər verir ki, bu barədə "CENTCOM" özünün sosial şəbəkə hesablarında məlumat yayıb.
Qeyd olunub ki, ABŞ qüvvələri “Project Freedom” əməliyyatını dəstəkləyir və İran limanlarına qarşı dəniz blokadasının icrasını davam etdirir.
***
14:52
ABŞ-nin yüksək vəzifəli rəsmisi ABŞ gəmisinin İran raketləri ilə vurulduğunu təkzib edib.
TodayPress TV xəbər verir ki, bu barədə "Axios" məlumat yayıb.
***
14:20
SEPAH Hörmüz boğazından keçməyə çalışan ABŞ hərbi gəmisinə iki raket zərbəsi endirib.
TodayPress TV xəbər verir ki, bu barədə "Fars" məlumat yayıb.