Şəmkirdə 4 otaqlı ev yandı
Şəmkirdə 4 otaqlı ev yanıb.
TodayPress TV-nin məlumatına görə, hadisə rayonun Seyfəli kəndində qeydə alınıb.
Kənd sakininə məxsus 240 kv metr sahəsi olan 1 mərtəbəli 4 otaqlı evdə anidən başlayıb.
Hadisə yerinə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınınları və canlı qüvvəsi cəlb edilib.
Yanğın söndürülüb, evin qalan hissəsi yanğından mühafizə olunub. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Baş verən yanğın hadisəsi ilə bağlı araşdırma aparılır.