Şahbaz Şərifdən Pezeşkiana TƏCİLİ zəng - Nə müzakirə edildi?

Şahbaz Şərifdən Pezeşkiana TƏCİLİ zəng - Nə müzakirə edildi?
10.07.2026 22:24 Dünya

Pakistanın Baş naziri Şahbaz Şərif İran Prezidenti Məsud Pezeşkianla telefon danışığı aparıb.

TodayPress TV xəbər verir ki, bu barədə Şahbaz Şərif sosial şəbəkə hesabında bildirib.

O qeyd edib ki, telefon danışığı zamanı tərəflər bölgədə yaranmış son vəziyyəti müzakirə ediblər və son aylarda əldə olunan sülh nailiyyətlərinin qorunması üçün təmkin, dialoq və diplomatiyanın vacibliyini vurğulayıblar.

Pakistanın Baş naziri ölkəsinin regionda davamlı sülhün təmin olunması naminə obyektiv və səmimi vasitəçi kimi rolunu oynamağa hazır olduğunu bir daha bəyan edib.

Tərəflər, həmçinin İran Prezidenti Məsud Pezeşkianın İslamabada son səfəri zamanı əldə edilmiş razılaşmalara uyğun olaraq ikitərəfli əməkdaşlıq gündəliyinin irəlilədilməsi barədə razılığa gəliblər.

Kübra Musayeva

XƏBƏR LENTİ
10 IYUL 2026
Bütün Xəbərlər