Fidan: “Pulunu ödədiyimiz F-35-ləri geri almaq problem olmayacaq”
Türkiyənin xarici işlər naziri Hakan Fidan ölkəsinin ABŞ-dən sifariş etdiyi F-35 qırıcıları ilə bağlı açıqlama verib.
TodayPress TV bu barədə xarici mediaya istinadən xəbər verir.
O bildirib ki, Türkiyə bu təyyarələrin ödənişini beş-altı il əvvəl edib və onların geri alınması problem yaratmayacaq.
“Türkiyə üçün çoxdan, beş-altı il əvvəl pulunu ödədiyimiz F-35 qırıcılarını geri almaq problem olmayacaq. Onlar anqarda dayanıb bizim tərəfimizdən götürüləcəyi günü gözləyirlər”, - deyə Hakan Fidan vurğulayıb.
Kübra Musayeva