Sabiq baş nazirlər iclasda yuxuladı
Dünya
07.11.2025 11:17
Yaponiyanın dörd keçmiş baş naziri parlament iclası zamanı yuxulayıb.
TodayPress TV xəbər verir ki, bu barədə "Yahoo Japan" yazıb.
Taro Aso, Yoşihide Suqa, Fumio Kişida və Şiqeru İşibu parlamentdə yeni baş nazir Sanae Takayçinin çıxışını dinləyərkən gözləri bağlı halda görüntüləniblər.
Jurnalistlərin qeyd etdiyinə görə, onlar iclas boyu arxa sırada oturublar və diqqətsiz görünmələri müzakirələrə səbəb olub.
Qeyd edək ki, bu günlərdə Yaponiya bir neçə prefekturada ayı hücumlarının qarşısını almaq üçün hərbçiləri bölgəyə göndərib. Hərbçilər Kazuno şəhərində tələlərin daşınması və qurulmasında iştirak edəcək, ovçular isə təhlükəli heyvanların zərərsizləşdirilməsinə cavabdeh olacaq.
Bundan əvvəl Yaponiyanın yeni baş naziri Şimali Koreya lideri ilə görüşmək arzusunu ifadə etmişdi.
Jalə Rövşən
tag: Yaponiya ,Taro Aso,Yoşihide Suqa,Parlament ,Todaypress.tv,
