Rutte: “Bəzi NATO ölkələri Hörmüz boğazında təhlükəsizlik tədbirləri hazırlayır”
NATO-nun bəzi üzv ölkələri Hörmüz boğazında gəmiçiliyin təmin edilməsi üçün tədbirlər hazırlayır.
TodayPress TV xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Mark Rutte “Fox News”a verdiyi müsahibədə bildirib.
“NATO ölkələri, Yaponiya, Cənubi Koreya, Avstraliya, Yeni Zelandiya, BƏƏ və Bəhreyn daxil olmaqla 22 dövlətdən ibarət qrup Hörmüz boğazında mümkün qədər tez sərbəst gəmiçiliyi təmin etmək vizyonunu həyata keçirmək üçün qüvvələrini birləşdirir”, - deyə o vurğulayıb.
Rutte, həmçinin ABŞ Prezidenti Donald Trampın NATO-nu tənqid etməsinə baxmayaraq, onunla əlaqə saxladığını qeyd edib.
Aysel Mətləb