Rusiyanın ən iri neft zavodlarından birinə PUA hücumu - VİDEO

Rusiyanın ən iri neft zavodlarından birinə PUA hücumu - VİDEO
11.08.2026 10:43 Dünya

Rusiyanın Orenburq vilayətinin Orsk şəhərində yerləşən “Orsknefteorgsintez” neft emalı zavodu PUA hücumuna məruz qalıb.

TodayPress TV "UNN"ə istinadən  xəbər verir ki, hücumdan sonra müəssisənin ərazisində yanğın başlayıb.

Orenburq vilayətinin qubernatoru Yevgeni Solntsev bildirib ki, regionda hava məkanına məhdudiyyətlər tətbiq edilib və “Xalça” (“Kovyor”) planı qüvvəyə minib. Həmçinin Orsk hava limanında təyyarələrin qəbulu və yola salınmasına müvəqqəti məhdudiyyətlər tətbiq olunub.

Şəhər rəhbəri Artyom Vorobyov da Orskda PUA hücumunun baş verdiyini təsdiqləyib.

Hazırda yanğının davam etdiyi bildirilir.

“Orsknefteorgsintez” Rusiyanın iri neft emalı müəssisələrindən biridir və “Forteİnvest” strukturuna daxildir. Müəssisənin illik neft emalı gücü təxminən 6–6,6 milyon ton təşkil edir. Zavod benzin, dizel yanacağı, mazut, bitum, aviasiya kerosini və digər neft məhsulları istehsal edir.

XƏBƏR LENTİ
11 AVQUST 2026
Bütün Xəbərlər