Rusiyanın "can damarı" alova büründü
Rusiya Federasiyasının paytaxtı Moskvada yerləşən ən böyük neft emalı zavodlarından birində yanğın baş verib.
TodayPress TV xəbər verir ki, hadisənin Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının hücumundan sonra baş verdiyi bildirilir.
Qeyd olunur ki, yanğın Moskvanın Kapotnya rayonunda yerləşən neft emalı zavodunda qeydə alınıb. Hadisə ilə bağlı əlavə məlumat verilməyib.