Rusiyanın bombardmançıları patrul uçuşu həyata keçirdi
Rusiyanın nüvə silahı daşımaq qabiliyyətinə malik "Tu-95MS" strateji bombardmançı təyyarələri Berinq dənizi üzərində patrul uçuşu həyata keçirib.
TodayPress TV xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinə istinadən “Interfax” agentliyi məlumat yayıb.
Nazirliyin açıqlamasına görə, uçuş zamanı bir sıra xarici qırıcı təyyarələr rus bombardmançılarını müşayiət etmək üçün havaya qalxıb.
Qeyd edək ki, Berinq dənizi ABŞ-nin Alyaska ştatına yaxın ərazidə yerləşir.
Töhfə Səməd